O, 40 metrdən dənizə tullandı və... - "Hamı məndən danışacaq"

 22:35 09.07.2020     647

İddiaya girərək 40 metr uçurumdan dənizə atılan rusiyalı gənc həyatını itirib.

Redaktor.az xəbər verir ki, Antalyada yoldaşları ilə mərcləşib 40 metr uçurumdan tullanan rusiyalı gənc həyatını itirib. Rus gənc dənizə atıldığı vaxtda suda hərəkətsiz qalıb. Gəncin atlamadan əvvəl, "Burada bir şoum olacaq və hamı mənim haqqımda danışacaq" dediyi öyrənilib.

Bildirilir ki, gənc daha əvvəl 90 metrlik hündürlükdən dənizə tullanıb. 40 metr hündürlükdən isə dostu ilə mərcə girdikdən sonra tullanıb. Qayalıqdan suyun üzərinə düşən gəncin 15 dəqiqə suda hərəkətsiz qaldığını görən yoldaşları onu dənizdən çıxarmağa cəhd ediblər. Tibbi heyətin çağırıldığı yerdə gənc müayinə edilib, onun beyninə qan sızdığı bəlli olub.

18-22 yaşlarındakı kimliyi bəlli olmayan gəncin meyiti morqa göndərilib. //Sonxeber.az