Qazaxıstanda daha bir qorxulu xəstəlik yayıldı - 1172 nəfər ölüb

 13:10 10.07.2020     1022

Çinin Qazaxıstandakı səfirliyi vətəndaşlarına bu ölkədə pnevmaniyanın sürətlə yayılması barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, “WeChat”da edilən paylaşımda qaynağı hələ də müəyyən edilə bilinməyən sətəlcəmin iyun ayında Qazaxıstanda COVID-19-dan iki qat çox ölümə səbəb olduğu bildirilib.

Qeyd olunub ki, ilin birinci yarısında Qazaxıstanda bu xəstəlik səbəbindən 1172 nəfər ölüb, ölümlərin yarıdan çoxu iyun ayında baş verib.

Həyatını itirənlər arasında Çin vətəndaşlarının da olduğunu qeyd edən səfirlik, "Sətəlcəmdən ölənlərin sayı COVID-19-dan ölənlərin sayından qat-qat çoxdur" xəbərdarlığını edib.

Qazaxıstan Səhiyyə Nazirliyinin də xəstəliyi araşdırdığını deyən səfirlik, sətəlcəmin COVID-19-la əlaqəli olub-olmadığının hələ bilinmədiyini qeyd edib.

Qazaxıstan Səhiyyə Nazirliyi də iyun ayında sətəlcəmdən əziyyət çəkənlərin sayının koronavirusa yoluxanlardan 2-3 dəfə çox olduğunu bildirib.

Qeyd edək ki, bu günə qədər Qazaxıstanda  COVID-19 səbəbindən ölənlərin sayı 264 çatıb. Yoluxma sayı isə 51 min 59-dur. 

Sevda Ulutau / Redaktor.az