Metroda qızlara hücum: Niyə maska taxmırsınız? - VİDEO

 16:14 10.07.2020     688

İstanbulda metroda sərnişinlər arasında dava baş verib.

Redaktor.az xəbər verir ki, baş verən davaya səbəb sərnişinlərin maska taxmaması olub.

Belə ki, maska taxmayan iki qıza digər qadın sərnişin xəbərdarlıq edib. O, maska taxmaqdan imtina edən qızları telefona çəkməyə başlayıb. Bu zaman qızlardan biri qadına hücum edib.

Davaya digər sərnişinlər də müdaxilə etməyə başlayıb və qızlara irad bildiriblər. 

Stansiyadakı təhlükəsizlik işçiləri qızları qatardan düşürüblər düşürdüblər. 

Sevda Ulutau / Redaktor.az