Aya Sofya muzeydən məscidə ÇEVRİLDİ

 18:45 10.07.2020     631

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Fərmana əsasən, Aya Sofyanın Türkiyə Dini İşlər Nazirliyinin balansına verilib və ibadətə açılmasına qərar verilib.

Qeyd edәk ki, Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun, Aya Sofya ilә bağlı qәrardan sonra Rәcәb Tayyib Әrdoğanın yerli vaxtla saat 20.53-dә xalqa müraciәt edәcәyini bildirib.