Yaponiyada koronavirus sürətlə yayılır

 20:15 10.07.2020     559

Yaponiyada ötən günd COVID-19 virusuna 408 nəfərin yoluxması təsdiqlənib.

Redaktor.az xəbər verir ki, aprel ayının 24-dən sonra ölkədə gündəlik yoluxma ilk dəfə 400 nəfərdən çox olub. Yoluxanların 243 nəfəri paytaxt Tokionun payına düşüb.

Bütövlükdə Yaponiyada indiyədək koronavirusa 21 min 888 nəfər yoluxub ki, bunlardan 995 nəfəri ölüb, 18 min 310 nəfəri isə sağalıb. //APA