Dağıstanda rayon başçısı ev dustaqlığına verilib

 13:20 11.07.2020     712

Vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıqda təqsirləndirilən Dağıstanın Kizlyar rayonunun başçısı Aleksandr Poqorelov məhkəmənin qərarı ilə ev dustaqlığına yerləşdirilib.

Redaktor.az xəbər verir ki, TASS agentliyi bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, A.Poqorelov avqustun 2-dək ev dustaqlığında olacaq. //Oxu.az