Nepalda daşqın və torpaq sürüşməsi - Ölənlər var

 13:59 11.07.2020     671

Nepalın qərbində aramsız yağan yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib.

Redaktor.az-ın məlumatına görə, təbii fəlakət nəticəsində azı 23 nəfər həlak olub. İtkin düşənlərin olduğu da deyilir.

Çoxlu sayda yaşayış evi dağılıb, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Bölgədə axtarış-xilasetmə işləri aparılır. İndiyədək 50 nəfər xilas edilib. //Trend.az