Fransız ətirlərini sevənlərə BƏD XƏBƏR - Əlavə rüsum olacaq

 03:17 12.07.2020     701

ABŞ Fransadan olan məhsullara rəqəmsal vergiyə görə 25 faiz əlavə rüsum tətbiq edəcəyini elan edib.

Redaktor.az xəbər verir ki, rəqəmsal vergiyə görə tətbiq edilən əlavə rüsum 1,3 milyard dollar həcmində olacaq.

Qeyd edək ki, hazırda danışıqlar getdiyindən, rüsum 6 yanvar 2021-ci ilədək qüvvəyə minməyəcək. Bu rüsum Fransadan ABŞ-a ixrac olunan çanta və kosmetika üçün nəzərdə tutulur.

Rüsumun tətbiqi iki ölkə arasında fikir ayrılığına səbəb olub.

Ötən ilin iyul ayında Fransa parlamenti iri rəqəmsal şirkətlərin xidməti ilə  bağlı vergi qanunu qəbul edib. "Amazon", "Apple",  "Facebook", "Google" kimi iri rəqəmsal şirkətlər bu qanunun təsiri dairəsinə düşüb. Bu qanun ABŞ tərəfindən ciddi tənqidlərə  məruz qalıb.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, buna cavab olaraq fransız şərablarına əlavə vergi tətbiq edilə bilər.