Nepalda sel və torpaq sürüşməsi qurbanları 40-a çatdı

 00:30 12.07.2020     603

Nepalda fasiləsiz yağan leysan yağışlar nəticəsində yaranan sel və torpaq sürüşməsi nəticəsində ən az 40 nəfər ölüb, onlarla insan itkin düşüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli administrasiya və polis nümayəndələrinə istinadən bildirib.

Qeyd edək ki, daha əvvəl 23 nəfərin ölməsi haqda məlumat verilmişdi.

Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır.