Aya Sofyanın məscidə çevrilməsi Papanı KƏDƏRLƏNDİRDİ

 17:55 12.07.2020     663

Roma Papası Fransisk, Türkiyə hakimiyyətinin Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi barədə qərarından kədərlənib.

Redaktor.az xəbər verir ki, Roma Papası bu gün Müqəddəs Petr meydanında ənənəvi xütbəsi zamanı deyib ki, Aya Sofya məbədi barədə düşünür və çox kədərlənir.

Qeyd edək ki, iyulun 10-da Türkiyə hökuməti məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. 

Türkiyə Prezidenti avqustun 24-də Aya Sofyada ilk namazın qılınacağını bildirib. //APA