Vaksin tapıldı, Tramp qəsdən xəbəri yubadır - ŞOK İDDİA

 20:55 12.07.2020     771

COVID-19 infeksiyasının vaksini tapılıb, Donald Tramp bunu seçkilərə az qalmış açıqlayaraq özünə xal qazanmağa çalışacaq.

Redaktor.az xəbər verir ki, bunu "Habertürk" yazarı Sərdar Turqut iddia edib.

Onun sözlərinə görə, uzun zamandır peyvəndin tapılması barədə Ağ Ev məlumatlandırılıb.

"Sadəcə olaraq Tramp bunu açıqlamaq üçün uyğun vaxt gözləyir. Düşünürəm ki, bu kəşf çoxdan olub, ABŞ pezidenti "üzərində bir az da işləyin, peyvənd daha güclü olsun" deyərək rəsmi açıqlamanı yubadır. Belə olan halda heç kəs onu bu xəbəri gecikdirdiyinə görə ittiham etməyəcək. Seçkilərin vaxtı yaxınlaşdıqca Tramp bütün bunları əvvəldən hesablayır", - deyə Sərdar Turqut vurğulayıb. //Teleqraf.com