Venesuelada 5,2 bal gücündə zəlzələ baş verib

 07:00 13.07.2020     796

Venesuelanın Portuqesa ştatında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Venesuela Seysmoloji Tədqiqatlar Fondunun "Twitter" səhifəsində bildirilib.

Qeyd olunub ki, zəlzələnin ocağı 5 km dərinlikdə, episentri isə Biskukuya yaşayış məntəqəsindən 11 km şimal-şərqdə olub.

2018-ci ilin avqustunda Venesuelada 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 31,6 km dərinlikdə yerləşib və episentri ölkənin Sukre ştatında Yaquaraparo şəhərindən 5 km məsafədə yerləşib. // Trend.az