Türkiyədən cəbhədəki gərginliklə bağlı Azərbaycana dəstək!

 01:55 13.07.2020     532

“Ermənistan silahlı qüvvələrinin  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətinə silahlı hücumlarını şiddətlə qınayırıq. Həyatını itirən Azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik”. 

Redaktor.az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının göstəricisidir.

Bəyanatda bildirilib ki, Ermənistan bu cür təhlükəli taktikalardan əl çəkməli,  qanun və məntiq yolunu seçməlidir:  “Avantürizmi qəbul etməklə, Ermənistan bir daha zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır.

Ümid edirik ki, Ermənistanın daha bir təcavüzkar hərəkətini ört-basdır etmək cəhdləri  beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.

Türkiyə bütün imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək”.