Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya yola düşüb

 09:49 13.07.2020     3821

COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.

Nazir bildirib: "Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".

B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir. //Trend.az