Salome Zurabişvili: Baş verənlərdən narahatıq

 19:30 13.07.2020     748

Gürcüstan Prezidenti Salome Zurabişvili iyulun 12-13-də Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının bəyanatında bildirilib.

“Bu gün biz hamımız görünməz düşmənə qarşı vuruşarkən, beynəlxalq həmrəylik və qlobal stabilliyin saxlanılması olduqca önəmlidir. Regionumuzda sülh və təhlükəsizlik Gürcüstanın gələcək inkişafı baxımından, həmçinin bizim dost və tərəfdaş ölkələrimiz – Ermənistan və Azərbaycan üçün vacibdir”, - deyə S. Zurabişvilinin bəyanatında bildirilib.

Gürcüstan Prezidenti lazımı tədbirlərin vaxtında görüləcəyinə və vəziyyətin daha da gərginləşməsinin qarşısının danışıqlar yolu ilə alınacağına ümid etdiyini vurğulayıb. //APA