İraqda koronavirusdan sağalanların sayı artdı

 21:40 13.07.2020     474

İraqda koronavirus epidemiyası başlayandan sonra gündəlik sağalanların ən yüksək həddi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, ölkənin Səhiyyə və Ətraf Mühit Nazirliyinin “Facebook” səhifəsində paylaşılan açıqlamaya görə, son sutkada ölkədə 2274 nəfər koronavirus xəstəsi sağalıb.

Eyni zamanda daha 2229 nəfər COVID-19 virusuna yoluxub, 100 nəfər isə ölüb.

Bütövlükdə isə ölkədə koronavirusa yoluxanların ümumi sayı 79 min 735 nəfərə çatıb. //Report.az