Dünyada koronavirusun üçüncü dalğası başladı

 00:05 15.07.2020     627

Dünya koronavirusun üçüncü dalğası ilə mübarizəyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb. 

Məlumatda bildirilib ki, infeksiya ilə ilk qarşılaşan Honkonq olub. Bu səbəbdən yerli hakimiyyət orqanları yenidən sosial məsafə tədbirlərini tətbiq edib.

“İnfeksiyanın bu qədər mənbəyi ilə dünyada yeni genişmiqyaslı yoluxma ola biləcəyindən narahatıq”, - deyə yerli səhiyyə departamentinin nümayəndəsi açıqlayıb.

Bundan əvvəl bildirilmişdi ki, koronavirus daha yolxucu hala gəlib. Əvvəllər bir xəstə iki nəfəri yoluxdura bilirdisə, bu gün onların sayı dördə çatıb. //Oxu.az