Süni yağış yaratmağın üsulu təklif olunur

 21:45 21.07.2020     750

Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən olan bir qrup tədqiqatçı buludları isitmək yolu ilə yağıntı yaratmaq üsulunu təklif edirlər.

Redaktor.az xəbər verir ki, quraq bölgələrdə buludların həcmini böyütmək, bununla da yağıntı miqdarını artırmaq üçün xüsusi qurğulardan istifadə etmək təklif olunur.

Meteotron adı verilən bu qurğular buludlari isidəcək qızmar hava axını yaratmalı və həmin axın 3-4 kilometrlik yüksəkliyədək işləməlidir.

“Bizim hesablamalarımıza görə, axının hərarəti ətraf havaya nisbətən 10-20 dərəcə artıq olmalıdır. Bununla yanaşı, həmin axın buluda çatsın deyə, 25-100 m/s-lik gücə malik olmalıdır. Bu gücə malik hava axını təyyarə mühərrikinə bənzər turbo reaktiv qurğularla əldə edilə bilər”, - deyə rusiyalı mütəxəssis, Şimali Qafqaz Federal Universitetinin professoru Robert Zakinian qeyd edib.

Yeni qurğuların sınaqları artıq Rusiya ərazisində həyata keçirilib.