Ayasofya ibadətə açıldı - Yunanıstanda matəm elan olundu

Türkiyənin İstanbul şəhərindəki tarixi Ayasofya məscidinin bugün cümə namazı ilə ibadət açılması ilə bağl Yunilanıstanda matəm elan olunub.
Redaktor.az xəbər verir ki, Yunan Kilsəsi Baş yepiskopunun etdiyi çağırışda, "Bu gün bütün Xristianlıq üçün matəm günüdür" ifadələri deyilib.
Baş yepiskop Leronymos, "Ayasofya imanımızın simvolu və ümumbəşəri bir mədəniyyət abidəsidir" deyə açıqlama verib.
Yunanıstanda elan olunan matəm səbəbiylə günorta saatlarında bütün kilsələrdən zəng çalınacağı və bayraqların yarıya endiriləcəyi bildirilib.
Baş yepiskopun axşam saatlarında Afinadakı xüsusi bir mərasimdə iştirak edəcəyi və Həzrəti Məryəmin şərəfinə "Akatist" şerini səsləndirəcəyi xəbərləri yayılıb. Eyni ayinin 1453-cü ildə Bizans İmperiyasının süqutundan əvvəl Ayasofyada keçirildiyi güman edilir.
Dini və millətçi qrupların günün sonunda Afina və Salonikidə nümayişlər keçirəcəyi də gözlənilir.