Türkiyədə yoluxanların sayı 224 mini ötdü - Koronavirus

 22:00 24.07.2020     655

Türkiyədə daha 937 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 224 min 252 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, bu gün daha 17 nəfər koronavirusdan ölüb. Bununla da Türkiyədə pandemiya qurbanlarının sayı 5580 nəfərə yüksəlib.