Bağdadda hərbi bazaya raket hücumu edilib

Bağdadın cənubunda yerləşən hərbi baza raket hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Bismaya bazasının ərazisində dörd reaktiv mərmi partlayıb. Hücum nəticəsində ölən olmayıb, lakin ciddi maddi ziyan vurulub.
Koalisiya güclərinin general-mayoru Kennet Erkmanın sözlərinə görə, iyulun 25-də Bismaya bazasına nəzarət İraqın silahlı qüvvələrinə verilməli idi.
Qeyd edək ki, son aylarda xarici hərbçilərin yerləşdikləri İraq bazaları və ABŞ-ın Bağdaddaklı səfirliyi daha intensiv raket hücumlarına məruz qalırlar.