ÜST: Koronavirusa yoluxanların sayı 284 mindən çox artıb

 05:45 25.07.2020     698

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 284 mindən çox artıb.

Redaktor.az-ın "TASS"-a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 24-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 284 min 196 nəfər yeni koronavirusa yoluxub, 9753 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 15 milyon 296 min 926, ölənlərin isə 628 min 903 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 8 milyon 121 min 700 yoluxma və 325 min 625 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 milyon 170 min 382, ölənlərin sayı isə 209 min 421 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 milyon  625 564 yoluxma və 38 min 111 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.