Boliviyada yol qəzası baş verib - 9 ölü var

 10:05 25.07.2020     775

Boliviyanın qərbində gecə saatlarında şəhərlərarası mikroavtobusla yük maşınının toqquşması nəticəsində ən az 9 nəfər ölüb, 3 nəfər yaralanıb.

Redaktor.az-ın məlumatına görə, yerli nəqliyyat idarəsinin başçısı Volter Miranda bildirib ki, qəzaya görə məsuliyyət yük maşınının sürücüsünün üzərinə düşür. Belə ki, avtobusun yalnız bir farası işlədiyindən, yük maşınının sürücüsü toqquşduğu nəqliyyat vasitəsini motosikletlə qarışdırıb.

Yaralananlar La-Pas şəhərindəki xəstəxanaya çatdırılıb. //Trend.az