Özbəkistanda yoluxanların sayı 19 min nəfəri keçdi

 11:12 25.07.2020     248

Özbəkistanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 667 yoluxma halı qeydə alınıb, 4 nəfər vəfat edib.

Redaktor.az-ın verdiyi xəbərə görə, Özbəkistanda koronavirusa yoluxanların sayı 19 min 653 nəfərə çatıb, ölənlərin ümumi sayı isə 107 nəfər təşkil edib.

Qeyd edək ki, indiyədək Özbəkistanda koronavirusdan 10 min 472 nəfər sağalıb, hazırda xəstəxanalarda 9074 nəfər xəstə müalicə alır.