Böyük Britaniyada “fast food”a qarşı “müharibə”

Böyük Britaniya hökuməti “fast food”a qarşı “müharibə” elan etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, Baş nazir Boris Conson ölkədə “fast food” satışını azaltmaqla yanaşı, internet və TV-də bu məhsulların reklamlarının məhdudlaşdırılmasına qərar verəcək.
Xüsusilə, tərkibində yüksək şəkər, duz olan qidalar və içkilər üçün etiketləmə tələblərinin sərtləşdirilməsi nəzərdə tutulur. Hökumətin fikrincə, bu, piylənmədən əziyyət çəkənlərin sayının azalmasına kömək edəcək. //Oxu.az