ABŞ-da koronavirusdan ölənlərin sayı 148 mini ötüb

 21:40 25.07.2020     323

ABŞ-da son sutka ərzində COVID-19-dan 1 166 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla ölkədə virusdan ölənlərin sayı 148 530 nəfərə çatıb. Son sutkada koronavirusa yoluxanların sayı isə 79 824 nəfər artaraq 4 251 202-yə çatıb.