Ərdoğan Liviyanın Baş nazirini qəbul edib

 22:00 25.07.2020     587

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Faiz Sərracı İstanbulda Vahdettin köşkündə qəbul edib.

Redaktor.az xəbər verir ki, Türkiyə Prezidentinin F. Sərracla görüşündə Liviyadakı son vəziyyətlə bağlı müzakirələr aparılıb.

Görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, R. T. Ərdoğan bu gün İtaliyanın Baş naziri Cüzeppe Konte ilə də telefonla danışıb.

Telefon söhbətində liderlər Liviyadakı qarşıdurmanın siyasi danışıqlar yolu ilə həlli üçün dialoqun davam etdirilməsi razılığına gəliblər.