Almaniyada təyyarə evə çırpıldı

 22:20 25.07.2020     334

Almaniyada kiçik mühərrikli təyyarə yaşayış evinə çırpılıb.

Redaktor.az xəbər verir ki, hadisə Vezel şəhərində, Şimali Reyn-Vestfaliyada baş verib. 

Məlumata görə, hadisə zamanı azı 3 nəfər həlak olub. Nəşr qeyd edib ki, qəza nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onlar arasında uşaq da var.

"Frankfurter Allgemeine Zeitung" qəzeti isə bildirib ki, hadisə zamanı 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.