Tenerife adasının şimalında meteorit düşüb

 23:00 25.07.2020     584

Tenerife adasının (Kanar adalarının muxtar icması) şimalında meteorit düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Diario de Avisos qəzeti" bildirib.

Məlumata əsasən, kosmik cismin düşməsi 14 iyulda baş verib, ancaq bu hadisə haqqında yalnız indi məlumat verilib.

Adanın Elm və Kosmos Muzeyi kameralarından birinin vasitəsilə baş verənləri təsdiqləyə bilib.

Meteoritin İko-de los-Vinos və Buenavista-del-Norte bələdiyyələri arasında düşdüyü güman edilir.