Dünyada koronavirusa yoluxanların sayı 16 milyon nəfəri ötüb

 12:17 26.07.2020     319

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 16 milyon nəfəri ötüb.

Redaktor.az-ın verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 16 046 986 nəfərə çatıb. Bildirilir ki, koronavirusa yoluxanlardan 644 582 nəfəri vəfat edib.

Qeyd edilir ki, ən çox yoluxma halları ABŞ-da (4 178 021), Braziliyada (2 394 513) və Hindistanda (1 385 635) qeydə alınıb. //Trend.az