Gürcüstanda daha 14 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 14 nəfər yeni növ koronavirusa yoluxub.
Redaktor.az-ın verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 131 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka ərzində 3 nəfər koronavirusdan sağalıb.
Bildirilir ki, koronavirusdan sağalanların ümumi sayı 920 nəfər, ölənlərin sayı isə 16 nəfər təşkil edir. //Trend.az