ABŞ-da aksiya zamanı atəş açılıb, 1 nəfər ölüb

ABŞ-ın Texas ştatının Ostin şəhərində aksiya zamanı atəş açılıb, 1 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Qeyd edilib ki, hadisə iyulun 25-də yerli vaxtla saat 21.52 radələrində baş verib. Avtomobildən açılan atəş nəticəsində yaralanan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Şübhəli şəxs saxlanılıb.