Suriyada terror aktı törədilib, 5 nəfər ölüb

Suriyanın Rasulayn şəhərində terror aktı törədilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyənin həyata keçirdiyi “Barış bulağı” əməliyyatı bölgəsində olan şəhərdə partlayış nəticəsində 5 mülki şəxs ölüb, 12 nəfər yaralanıb.