Suriyada 3 terrorçu zərərsizləşdirildi

 21:25 26.07.2020     491

Türkiyənin xüsusi təyinatlıları Suriyada 3 PKK/YPG terrorçusunu zərərsizləşdiriblər.

Redaktor.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Bildirilir ki, terror hücumu hazırlayan PKK/YPG üzvləri Suriyanın şimal-şərqində "Selh bulağı" əməliyyatı ərazisində zərərsizləşdirilib.