Tayvan sahillərində 6.1 maqnitudalı zəlzələ olub

 22:00 26.07.2020     458

Bu gün Tayvanın şimal-şərq sahillərində 6,1 maqnitudalı zəlzələ olub.

Redaktor.az xəbər verir ki,  bu barədə Tayvan Seysmoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı İlan yaşayış məntəqəsindən 86.5 km uzaqlıqda, 53,2 km dərinlikdə yerləşib. Zəlzələ Xualyan, İlan, Taydun, Nantou, Yunlin rayonlarında, o cümlədən bir sıra şəhərlərdə hiss edilib.

Dağıntı və tələfat, o cümlədən sunami təhlükəsi barədə məlumat daxil olmayıb.