Ermənistanda daha 6 nəfər koronavirusdan ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 37 min 390 nəfərə çatıb.
Redaktor.az-ın məlumatına görə, son sutka ərzində 73 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 711 nəfər koronavirusdan ölüb, 9793 nəfərin müalicəsi isə davam edir.