İran hökumətinin sözçüsü koronavirusa yoluxdu

 15:45 27.07.2020     573

İran hökumətinin sözçüsü Əli Rəbii yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Redaktor.az-ın məlumatına görə, Ə. Rəbii ötən həftənin sonunda virusa yoluxma əlamətləri ilə həkimlərin məsləhəti əsasında xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. //APA