Deputat dünya çempionu və ailəsi koronavirusa yoluxdu

 18:45 27.07.2020     581

Biatlon üzrə rusiyalı dünya çempionu Anton Şipulin koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, bu barədə 33 yaşlı keçmiş idmançı şəxsi "Instagram" hesabında paylaşım edib.

Dövlət Dumasının deputatı ilə yanaşı, onun ailə üzvləri - həyat yoldaşı Luiza və qızı Mirada da infeksiya aşkarlanıb.

Qeyd edək ki, Anton Şipulin 2016-cı ildə İtaliyada keçirilmiş dünya çempionatının estafet yarışında qızıl medal qazanıb. O, həmçinin 2010-cu ildə Kanadanın Vankuver şəhərində təşkil olunmuş XXI Qış Olimpia Oyunlarının bürünc mükafatçısıdır. //Report.az