Qadın təcridxanasında yanğın baş verib - Moskva

 18:07 27.07.2020     438

Moskvada qadınların saxlandığı istintaq təcridxanasının ərazisində yanğın baş verib.

Redaktor.az-ın verdiyi məlumata görə, yanğın paytaxtın cənub-şərqində yerləşən istintaq təcridxanasında qeydə alınıb.

Binadan saxlanılanların təxliyəsi həyata keçirilir.

Yaxınlıqda yerləşən Moskva şəhər məhkəməsində iclaslar yanğına görə təxirə salınıb. //APA