İtaliyada sürətli koronavirus testləri aparılacaq

 20:00 27.07.2020     272

İtaliya hökuməti COVID-19 virusuna qarşı tədbirlər çərçivəsində hava limanlarında sərnişinləri sürətli testlərdən keçirmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, ölkənin səhiyyə naziri Roberto Speranza tərəfindən verilən tapşırığa uyğun olaraq, Lazzaro Spallanzani Milli Yoluxucu Xəstəliklər İnstitutunda (İNMİ) bu həftə ərzində həmin sürətli testlərin ilkin variantı təqdim edilməlidir.

İnstitutun rəhbəri Françesko Vaia indiyədək 15-20 dəqiqə ərzində rəy bildirən iki müxtəlif növ testlər hazırladıqlarını açıqlayıb.

Bu cür testlərin tətbiqi sayəsində hava limanlarında, dəmir yolu stansiyalarında sərnişinlərin tez bir zamanda kütləvi müayinəsini keçirmək mümkün olacaq. Halbuki hazırda yalnız müəyyən istiqamət üzrə gələnlər, yaxud aşkar əlamətlər göstərənlər müayinə olunur.