Məşhur Hindistan aktrisası koronavirusdan sağaldı

 22:35 27.07.2020     283

Hindistanlı aktrisa, sabiq Hindistan gözəli Aişvarya Rai Baççan koronavirusdan sağalıb.

Redaktor.az xəbər verir ki, aktrisa qızı ilə birgə xəstəxananı tərk edib.

Bununla belə, onun həyat yoldaşı Abhişek Baççan və qayınatası, Bollivud ulduzu Amitabh Baççan müalicələrini xəstəxanada davam etdirir.

Qeyd edək ki, Amitabh Baççan iyulun 12-də koronavirusa yoluxduğunu açıqlamışdı. Həmin gün Aişvarya Rai Baççanın da testinin müsbət çıxdığı məlum olmuşdu.