Aya-Sofiya məbədini 500 polis QORUYACAQ

 22:55 27.07.2020     478

İstanbuldakı Müqəddəs Sofiya (Aya-Sofiya) məbədinin mühafizəsinə daimi olaraq 500 polis işçisi cəlb olunacaq.

Redaktor.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

“Bu gündən etibarən Aya-Sofiyada 500 asayiş keşikçisi davamlı olaraq növbəli şəkildə xidmət yerinə yetirəcək”, - deyə ölkə başçısı Ankarada çıxış edərkən bildirib.