Ermənistanda COVID-19-dan ölənlərin sayı 719 nəfərə çatıb

 11:17 28.07.2020     479

Ermənistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 37 629 nəfərə çatıb.

Redaktor.az-ın verdiyi məlumata görə, ötən sutka ərzində daha 239 nəfər koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində koronavirusa yoluxan 8 nəfər ölüb, bununla da COVID-19-dan ölənlərin sayı 719 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 27 357 nəfərdir. //APA