Gürcüstandan daha 150 Azərbaycan vətəndaşı təxliyə ediləcək

 13:23 28.07.2020     307

Sabah Gürcüstandan daha 150 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayış icazəsi olan və ya Azərbaycan vətəndaşı ilə nikahda olan 119 Gürcüstan vətəndaşı da Azərbaycana təxliyə ediləcək.

Təxliyə ediləcək şəxslər bu gün Tbilisidəki klinikalardan birində COVID-19 testindən keçirilirlər. Testlərin nəticəsi gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək. Neqativ cavab alan şəxslərə COVID-19 pasportu veriləcək və onlar 29 iyul tarixində Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar.

Ölkə ərazisinə qayıdan şəxslər karantinə alınmayacaqlar və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcək.