Ərdoğan növbəti dəfə Azərbaycana dəstəyini ifadə etdi

 19:15 28.07.2020     565

''Suriyada məzlumların fəryadlarına biganə qalmadıq və Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymadıq. Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzu olunduğu nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur''.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sümela Monastrı ve Trabzon Ayasofya Məscidinin təmirdən sonra açılışı mərasimində çıxışı zamanı deyib.

R.T.Ərdoğan "Türkiyə olaraq mədəniyyətimizdən aldığımız ilhamla haqq, həqiqət, ədalət və sülh uğrunda apardığımız mübarizəni daim daha irəliyə aparmaq əzmindəyik" - deyə, qeyd edib.