Rusiyada iki yük qatarı toqquşub

 19:30 28.07.2020     755

Rusiyanın Sankt-Peterburq şəhərində iki yük qatarı toqquşub.

Redaktor.az xəbər verir ki, qəza nəticəsində üç lokomotiv və boş vaqon relslərdən çıxıb, dəmir yolunun bir hissəsinə ciddi ziyan dəyib.

Hadisə nəticəsində qatarlardan birinin maşinisti xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən