Pandemiya ilə bağlı son vəziyyət AÇIQLANDI

 01:25 29.07.2020     607

Son sutkada dünyada koronavirusa 226 mindən çox yoluxma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, son 24 saatda dünyanın ayrı-ayrı ölkələrində COVID-19-a 226 min 783 yoluxma aşkarlanıb. Bununla yanaşı, daha 4153 nəfər təhlükəli infeksiyadan ölüb.

ÜST bildirib ki, dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 16,3 milyonu ötüb. Eyni zamanda infeksiyadan 650 mindən çox ölüm qeydə alınıb.