Gürcüstanda koronavirusa yoluxanların sayı artır

 11:05 29.07.2020     442

Gürcüstanda koronavirusa yoluxanların sayı artmağa başlayıb.

Redaktor.az-ın məlumatına görə, son sutka ərzində ölkədə 10 yeni yoluxma qeydə alınıb. Son 3 gün ərzində yoluxanların sayı 24 nəfər artıb.

Bu günədək Gürcüstanda 1 155 nəfər koronavirusa yoluxub, 16 nəfər həyatını itirib.

Qeyd edək ki, Gürcüstan ötən ayın sonunda və bu ayın əvvəlində karantin tədbirlərini aradan qaldırmış, beynəlxalq sərhədləri açmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən