Ermənistanda koronavirusa yoluxanların sayı 38 minə çatır

 11:23 29.07.2020     325

Ermənistanda daha 308 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 937-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 723-ə çatıb. İndiyədək 27 824 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 9 165 aktiv koronavirus xəstəsi var.