Hindistandan daha 8 nəfər Azərbaycan vətəndaşı təxliyə edilir

 12:05 29.07.2020     447

Hindistandan daha 9 nəfər Azərbaycana təxliyə edilir.

Bu barədə Redaktor.az-ın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 8-i Azərbaycan vətəndaşı, 1-i isə Azərbaycanda daimi yaşayış icazəsi olan Hindistan vətəndaşıdır.

Təxliyə edilən vətəndaşlar sabah saat 14:20-də Dehli-Tbilisi çarter reysi ilə Tbilisi hava limanına gətiriləcək və daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə xüsusi mikroavtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər. Təxliyə olunan şəxslər Azərbaycan tərəfində TƏBİB-ə təhvil veriləcək və onlar 14 gün müddətinə karantində saxlanılacaqlar.

Qeyd edək ki, bununla da Hindistandan Gürcüstan ərazisi ilə təxliyə edilən Azərbaycan vətəndaşlarının sayı 32 nəfərə çatıb.

Vumart və Güvən reklamı Vumart Güvən